Yuxarı

Xanım şairə: “Mənim bir qəpiklik qonaqpərvərliyim yoxdur” - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix üzrə fəlsəfə doktoru, teleradio üzrə mütəxəssis, şair Həyat Şəminin Babək prospektində yaşadığı evə qəfil qonaq qismində gedirəm. Ancaq qapısını qəfildən döymək istəyim baş tutmur. Həyətdə qardaşı Gündüzlə qarşılaşırıq. Həyat xanımın evinin qapısı açıqdır. İçəridən musiqi səsi gəlir. İçəri keçirik. Həyat xanım pianonun arxasındadır. Həyatın pianoda çalmağı bacardığını bilmirdim. Fotokameranın işığına dönür və gözlərində sözün həqiqi mənasında təəccüb və dost gəlişinə qanadlanan sevinc var.

- Necəsən? – sualıma, eləcə "salam" deyir və tez mətbəxə keçir. Ardınca:

- Yaxşıyam. Səndən nə əcəb? - Cavab gözləmir. - Bayaq "Banu"ya baxırdım. Füzulinin Böyük Bəhmənli kəndində çəkilib, anamın kəndində... Çox təsirlənmişdim, siz gəldiniz.

Çox qonaq gedən deyiləm

Otururam. Bir azdan süfrədə çay hazır olur. Quru meyvələr, çərəz dolu vaz isə stolun üstündə idi. Həyat xanım meyvə doğrayır. Sonra masanın arxasında Gündüzlə üz-üzə oturur. Qəfil qonaq gəlişimin səbəbi deyəsən ona aydın olur. Ən azından "Axar.az"ın davamlı oxucusudur, layihəmizi daim izləyir. Diktofonu stolun üstünə qoyuram:

- Həyat xanım, qonaq getməklə aranız necədir?

- Normal. O qədər də çox qonaq gedən deyiləm. Yaşlılara, qocalara baş çəkməyi, onlara dəyməyi sevirəm. Amma deyib-gülmək məclislərinə o qədər də yox.

- Bəs qonaq qəbul etməklə aran necədir? Həm də əgər bu qonaq gözlənilməz və qəfil olarsa.

- Qonaq Allah qonağıdır, qapımız da üzünə hər zaman açıqdır. "Qəfil gələn qonaq öz kisəsindən yeyər" deyiblər. Kimliyindən asılı olmayaraq, qonaqla Allah qonağı kimi davranıram. Gözüm üstə yeri var, əlbəttə ki, xoşməramlı qonağın.

- Kisəsiz gələn qəfil qonaqlar da var. Qəfil gələn qonaqlarınız yəqin ki, çox olub. Narahat olduğun vaxtlar olubmu?

- Bilirsən, müasir informasiya-texnologiyaları əsrinin öz tələbləri var artıq. Hətta bacı-qardaş belə biri-birinin evinə qonaq getmək istəyəndə öncədən telefon edirlər ki, evdəsənsə sizə gəlirəm. O ki qaldı qəfil qonağa, bu əsla məni narahat etməz və etməyib də. Bir gülər üz və xoş söz, qonaq üçün hər cür naz-nemətdən də üstündür, məncə. Allah gülər üzümüzü, xoş sözlərimizi əskik etməsin.

- Şeirlərini yazanda təbini oynadacaq hər hansı bir olayı, ya xatirəni qəfil qonaq qismində xarakterizə etmək olarmı?

- Olar. Bax, gözəl obraz yaratdın. Bu qonagın "əlindəki pay", nəticə etibarıyla gözəl bir əsər ola bilər. Onun zövqü isə uzun muddət səni tərk etməz.

Beynimdə gözümyumulu yazılır şeirlər

- Son vaxtlar yazdığın şeirlər rəngarəngliyi ilə seçildi. Reaksiyalar oldu. Bu şeirlər qəfildən doğuldumu? Yoxsa doğuşlara hazırlıqlar görülür, şeirlər hazır olur, sonra köçürülür?

- Yox, hazırlıqlar və ya gözləmələr olmur... Şeir hazırlıq ve şifarişi sevməz. Onun anidən peyda olanı daha dadlı və əsrarəngiz olur. Son seirlərim yasantılarımın anidən verdiyi məhsullardı. Qəribə bir hal baş verir məndə bəzən, doldugumu hiss edirəm və gözlərimi yumuram. Heç kimi görməyim, duymayım və eşitməyim deyə.

İlk olaraq beynimdə gözümyumulu yazılır şeirlər və mən gözlərimi açıb onu kompüterə həkk edirəm. Kompüter bağlıdırsa, dərhal vərəqə köçürürəm. Ümumiyyətlə, mənim üçün şeir duygularla təfəkkürün sintezidir. Bu sintezin ən ali şəkildə ifadəsidir. Şeir şeir kimi olanda özümü rahat hiss edirəm.

Yazıçının ömrü bitmir

- Həm bədii, həm də elmi yaradıcılıqla məşğulsan, biri o birinə mane olmur ki?

- Bəlkə də biri digərini ən gözəl şəkildə tamamlayır. Elmlə şeirin dərin bir bağlılığı var həm də. Baxın, Füzulinin dərin elmi bilikləri olub. O, Qurani-Kərimi dərindən mənimsəyib, məncə. Dövrünün bütün elmlərindən məlumatlı olub. Özündən öncəki və müasiri oldugu şairləri mütaliə edib. Ona görə Füzuli əsrlərlə deyil, neçə minillərlə, dünya durduqca yasayacaq.

- Sən həm də oxucusan. Səncə, oxucu olmaq asandır, yoxsa yazar?

- Hər ikisi məsuliyyətlidir. Bir oxucu kimi minlərlə müəllifin yazdığını dogru-düzgün dərketmə məsuliyyətin varsa, bir yazar kimi yəqin ki, saysız oxucunun diqqətini cəmləmə və zövqünü formalaşdırma məsuliyyətin var. Məntiqi yekun, ikinci daha şərəfli və çətindir. Bir də sən oxuyarkən öz dövrünün, yaşadığın zamanın oxucususan həmişə, amma yazarkən əsrlər sonranın da yazıçısı ola bilərsən, təkcə öz dövrünün deyil. Bir oxucu kimi, ömrün bitdikdə oxuculuq missiyan da bitir. Amma yazıçının ömrü bitmir, davam edir. O, dünyasını dəyişir, amma yazıçı olaraq yaşayır.

Mən həyatın oxucusuyam

- Oxucu kimi Həyat Şəminin hansı əsərlərini, şeirlərini oxumağa üstünlük verərdin?

- Mən Həyat Şəminin oxucusu yox, həyatın oxucusuyam hələ ki. (gülür)

Sirli olmagı sevirəm

- Adınının Həyat olmasının tarixçəsi olar, düşünürəm…

- Var... bu adı anam verib mənə. Gerisi ailə sirrimizdir. Bir ipucu verə bilərəm: "Anamla atamın tostu" adlı şeir var kitabımda. Adımızın hikməti orda gizlənib.

- Mənə, oxucuya yazığın gəlsin, o kitabı vərəqləməyək, danış o tostu.

- Danismayacam. Sirli olmagı sevirəm... (yenə gülür)

- Hər halda bu qəfil gələn qonağa qarşı hörmətsizlikdir. Qonaqpərvərlik belə olmaz…

- Mənim "bir köpüklük qonaqpərvərliyim yoxdu" deyirlər... Bir dostum zarafatla üzümə söyləyib bunu. Zarafat bir yana, qohumlarımdan ən ədalətli biri isə deyib ki, Allah könlünə görə verəcək sənə. Adamla son tikəni də bölüşənsən. Görürsən hər şey nisbidir bu həyatda. Fikirlər də fərqlidir.

- Hər halda gərək o tostu deyəydin. Gündüz qardaşından soruşacam. Həyat, haqsız olduğun vaxtlar olurmu? Bəs haqlı olduğunu isbatlayanda nə edirsiz?

- Haqsız olmamağa çalışıram. Haqqın yanında olmaq həyat kredomdur. Haqlı oldugum yerdə mənə hücum varsa, susuram. Susmaq ən boyuk mudafiə taktikamdir son vaxtlar. Haqq səbrli olanları sevir. Əgər kiməsə qarşı haqsız olmuşamsa haqqını halal etsin. Bu, anlaşılmazlıqdan ola bilər.

Virtual insan obrazı yaratmışdım

- Bu yaxınlarda bir şeir yazmışdın. "Yeni şeirlərim var sənə və görüşməyənədək" dedin, kimlərə bu ağrını ünvanladın?

- Cox sevdiyim və dəyər verdiyim bir insana... Onu təkcə mən yox, hamı sevir. O isə ən çox həyatı sevir. Virtual insan obrazı yaratmışdım. Bu şeiri ona ünvanladım.

- Xəyalların səni çoxmu uzaqlara aparır? Bu virtuallıq nə qədər məhrəm həyat boyun olur ki?

- Yox. Cox uzaqda deyil. Əllərimin uzana biləcəyi qədər yaxın, nəfəsimin toxuna biləcəyi qədər uzaqdır.

Gələcəyi çox xatırlayıram

- Şairlər yaradandır və Yaradandan sonra gələnlərdi. Olubmu ki, dünəni yox, gələcəyi xatırlayasan?

- Quranda yazır ki, Allahın yer üzündə seçdiyi insanlar Peyğəmbərdən sonra alimlərdir. Bir alimin qələminin mürəkkəbi bir şəhidin qanı qədər müqəddəsdir. Yaxşı şair, təfəkkürlü şair cəmiyyət üçün faydalı şair elə alimə bərabər tutula bilər. Keçmişlə gələcəyin arasında çox yaşadığım gerçəklər olub. Keçmişi yox, gələcəyi çox xatırlayıram. Onun buraxdığı iz daha xos və dadlıdır çünki. Gələcək mənim üçün gözəl gələcək idi. Tez-tez xatırlayıram.

- Özünlə müsahibə götürsəydin ən çox nəyə toxunardın?

- Ürəyimə. Ürəyimə ki, daha sarı sim ovqatlı cavablar alım.

Ən gözəl bir musiqi və ən gözəl şeir

- Əsla. Bir də bayaq biz içəri keçəndə sən pianino çalırdın. Şeir səni toxdada bilməyəndə musiqiylə dostlaşırsan?

- Musiqini duydugum qədər həyatda heç nəyi və heç kimi duya bilmirəm. Ən gözəl bir musiqi və ən gözəl şeir – söz məni həm öldürə bilər, həm də əksinə. Pianoyla dincəlirəm. Ən gözəl bir şeir yazmaq 100 nəfər insanın təsəllisindən min dəfə güclü, bir gözəl musiqi 100 insanın təsəllisindən min dəfə böyükdür. Riyaziyyatdan yaxşısansa, hesabla.

- Səndən bezmək olarmı, necə düşünürsən?

- Sizcə? O insanlar səndən qacır ki, özünü sənin yanında çox zəif görür.

- Bu zəiflər zəriflərdi yoxsa?

- Zəriflər də var, qeyri-zəriflər də bu zəiflərin arasında…

Tarix
2014.04.13 / 10:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla