Yuxarı

Stomoloji Mərkəzi bağlanır, hamı dərddə - Fotoreportaj

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirqasımov adına Respublika Kliniki xəstəxansının qaşısında yerləşən Respublika Stomoloji Mərkəzinin bağlanması xəbərinin yaratdığı şoku təkcə oranın 140 işçisi yaşamadı.

Bu xəbər hər gün haqqında bəhs edəcəyimiz poliklinikaya üz tutan onlarla xəstənin də narahatçılığına səbəb olub. "Axar.az" olaraq xəbərin ardınca düşdük.

Səhər saatları olsa da, poliklinikanın pasientləri yetərincədir. "Teatr qarderobdan başalyır" fikrini bura da şamil etmək keçdi ağlımdan. Qarderobçu qadın adını deməsə də, başqa sorularımızı qısaca cavablandırdı.

Allahın kəramətinə güvənmək olmaz

- Hə, qardaş, çox pis olduq. Mərkəz bağlanır. İndi iş var ki…

Yaxınlıqdakı sanitar qadın:

- Allah kərimdir. Belə qalmaz. Kamal doxtur bir şey fikirləşər. - Poliklinikanın baş həkimini nəzərdə tutur.

- Nə danışırsan?! Bu işdə Allahın kəramətinə güvənmək olmaz. Bağlanır. İşsiz qalcağıq.

Niyə və nə üçün bağlanır? Bacılardan heç biri bir kəlmə də demədi:

"Biz nə bilək,- dedilər, - eşidəndə pis olduq. Baxma da, yenə də iş yeriydi. Həkimlərimiz də yaxşı adamlardı. İşimiz düşəndə təmənnasız baxırdılar".

Həkimlərə nə var e, vay bizim halımıza

Qeydiyyat şəbəsində oturan xanım da poliklinikanın bağlanması xəbərindən məyus olub:

- Üç gündür bu xəbər çıxıb. Bu gün isə tam əmin olduq ki, işsiz qalacağıq.

- Həkimlərə nə var e, bura özəl klinikadır. Həm də hər biri başqa yerdə də işləyir, vay bizim halımıza, – bunu isə xələtsiz olan və adını deməyən bir xanım bildirdi.

Xəstələrlə söhbət edirəm. Hər kəsin gözlədiyi, müraciət etdiyi həkim var.

Yaşlı bir qadın:

- Qızımı gətirmişəm. Evimizə yaxındır bura. Həkim hər yerdə var. Amma bura yaxın idi. Bura bağlansa, həkimə işimiz düşsə, yəqin ki, öz həkimimiz harda işləyəcəksə, ora da gedib müraciət edəcəyik, - deyir.

Buranı açanda bizimlə məsləhətləşmişdilər ki?

Həkimlərin bir neçəsinə yaxınlaşıram. Xəbəri təsdiq etsələr də, poliklinikanın niyə və nə üçün bağlanmasının səbəbini bilmədiklərini söylədilər.

- Biz mətbuata qapalıyıq. Heç nə deyə bilmərik, ona görə ki, heç nə bilmirik. Buranı açanda bizimlə məsləhətləşmişdilər ki, bağlayanda da məsləhətləşəydilər?

Bu xəbərə sevinənlər az olar

Baş həkimin odasına qalxırıq. Yerində yoxdur. Ağ xələtli bir xanım dəhlizdə bu sözləri deyir:

- Birinci gün gəlin. Sabah istirahət günüdür. Bu gün işdə idi, təxminən 15 dəqiqə olar ki, çıxıb.

Baş həkimin müavini kimi təqdim edilən Nail Əliyevlə görüşürük. Nail həkim:

- Mən şöbə müdiriyəm, müavin deyiləm. Yaxşı olardı ki, bu sualları Kamal həkimin özünə verəydiniz. O, hər kəsdən daha məlumatlıdır. Təkcə onu deyə bilərəm ki, bu xəbərə sevinənlər az olar. O adamlar olar ki... - ardını gətirmir.

Nail həkimlə söhbətimizdən məlum olur ki, Pespublika Stomoloji Mərkəzi ASC-nin yerləşdiyi bu bina vaxtı ilə Səhiyyə Nazirliyinin balansında olub. 2007-ci ildə Prezidentin fərmanı ilə ölkədə bütün stomotoloji poliklinikalar kimi bu poliklinika da özəlləşdirilib.

Poliklinikanın qarşısında dilənən yeniyetmə qıza deyirəm:

- Buranı bağlayırlar, bilirsən?

- Yox, bilmirəm. Bura çoxlu adam gəlir, mən də burada "işləyirəm". Bura gələn xəstələr xəsis deyil, pul istəyəndə verirlər.

Elə həkimlər də xəstələr haqda xoş sözlər demişdilər. Eynən xəstələr həkimlər haqda dediyi kimi…

- Poliklinikanın bağlanması dolanışığa ziyan olacaq, – bu isə qapıda dayanan yaşlı kişinin sözləridir.

Tarix
2014.04.12 / 13:57
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla