Yuxarı

Ögey ananın doğma oğlu - Ceyhun

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub 48 illik ömrünün 37 ilini kino sənətinə bağlayan istedadlı aktyor, rejissor, "Mozalan" satirik kinojurnalının bədii rəhbəri Ceyhun Mirzəyev yaşasaydı bu gün 68 yaşını qeyd edərdi.

Moskvada Döv­lət Teatr Sə­nə­ti İnstitutunun re­jis­sor­luq və aktyorluq fa­kül­tə­si­ni bitir­miş, Ba­kı, Gən­cə, Ma­haç­ka­la­da bir sı­ra ta­ma­şa­la­ra qu­ru­luş ver­miş Hə­bib İsmayı­lov (1906-1966) 1943-cü il­dən ça­lış­dı­ğı ki­nos­tu­di­ya­da bir ne­çə sə­nəd­li film çək­miş­di. Hə­bib İs­ma­yı­lo­vun qu­ru­luş ve­rdi­yi "Ögey ana" (ssenari müəllifi Hə­bib İs­ma­yı­lo­v. An­na Yan. 1958) fil­mi­nin möv­zu­su şi­fa­hi və ya­zı­lı ədə­biy­yat­da dəfələr­lə tək­rar­lan­sa da, özü­nün ye­ni həl­li ilə diq­qə­ti cəlb edir­di. Hə­lə film istehsala­ta bu­ra­xı­lar­kən gür­cü re­jis­so­ru Ten­giz Abu­lad­ze­nin R.Ca­pa­rid­ze ilə yazdığı bu möv­zu­da "Ögey uşaq­lar" sse­na­ri­yə əsa­sən film üzə­rin­də ça­lış­dı­ğı üzə çıx­mış­dı. Sse­na­ri­nin mü­qa­yi­sə edil­mə­si üçün gön­də­ril­di­yi, "Gür­cüs­tan­film" kinostu­di­ya­sın­dan gə­lən 29 may 1957-ci il ta­rix­li mək­tub­da: "bir bi­rin­dən kəs­kin fərqli" bu sse­na­ri­lə­rin bi­ri­nin "kənddə ye­ni ai­lə­nin qu­rul­ma­sın­dan, ögey ana­nın oğul­lu­ğu­nun sev­gi­si­ni, ina­mı­nı mü­hi­tin ma­neə­lə­ri­nə bax­ma­ya­raq qa­zan­maq cəhdin­dən, qa­li­biy­yə­tin­dən" di­gə­ri­nin isə "şə­hər­də ata­nın qo­yub get­di­yi kim­sə­siz uşaq­la­ra sa­hib çı­xan fə­da­kar ana­dan" (АРДЯИА. фонд 330, ситйащы 5. сахлама ващиди 273) bəhs et­di­yi təs­diq­lə­nir. Filmdə ata­sı­nın şə­hər­dən gə­li­şi­nə sevinərək geyinib-ke­ci­nib at­la­na­raq Qur­ba­nə­li ki­şi və ço­ban Ayaz­la pişvaza çı­xan İsmayılın (Cey­hun Mir­zə­yev), onun­la gö­rü­şə can atan ata­sı Ari­fin (Fa­teh Fətullayev) yanında­kı yad qa­dı­nı, onun ki­çik qı­zı­nı çaş­qın­lıq­la qar­şı­la­ma­sı qar­şı­dur­ma­nı həmən gös­tə­rir. Kən­din ye­ni hə­ki­mi Di­la­rə xa­nı­mın (Nə­ci­bə Mə­li­ko­va) həm də İsmayıla ana olacağını Qur­ba­nə­li ki­şi­nin di­lin­dən eşi­dən İsmayılın atı­nı mi­nib aradan çıx­ma­sı ilə kən­də ge­dən yolun qar­şı­sı­nı kə­sən sıl­dı­rım qayanın təsviri drama­tur­ji mo­de­lə qo­şu­la­caq gə­lə­cək mə­ka­nı gös­tə­rir.

Geoloqların dağ­lar­da tapdıqları faydalı qa­zın­tı­la­ra yolun məhz İsmayılın ata­sı­nın aç­dı­ğı­nın bil­di­ril­mə­si sü­je­ti fa­bu­la­ya bağ­la­yır. Plov sü­zən Qə­mər nə­nə­nin, Fatmani­sə qa­rı­nın (Nə­si­bə Zey­na­lo­va) heyrətlənməsinə, İsmayılın yaylağa qaçması­na rəğ­mən Ari­fin Di­la­rə­ni ruhlandırması ümidverici ami­lə çevrilir. Yataqda yuxulayan İsmayılı Ari­fə bən­zə­dən Di­la­rə­nin nə­va­zi­şi ana ki­mi qəbul ediləcəyinə ina­mı ar­tı­rır. Fır­la­nan oyun­caq meymuna, qol saa­tı­na sevinən İsmayılın ata­sı­nın Cə­mi­lə­ni öpməsinə qısqanması, bikefliyin səbəbini soruşan Qə­mər nənənin kövrəlməsi, Fat­ma­ni­sə qa­rı­nın: "Ax, ögey ana!" de­mək­lə problemi qabartması me­lod­ra­ma­nın mo­de­li­ni cı­zır. Qol saa­tı­nın Di­la­rə xa­nı­mın hədiyyəsi olduğunun bil­di­ril­mə­si ilə yumşalan İsmayılın bir an fik­rə ge­də­rək ata­sı­nın onu da tikintiyə aparmasını xa­hiş et­mə­si, ögey ana ilə ağ­rı­lı ya­xın­laş­ma pro­se­si­nə hə­lə hazır ol­ma­dı­ğı­nı bil­di­rir. Sə­mə­din yol çəkməyə gedəcəyi ilə qür­rə­lə­nən İsmayılın pis qiymətlərini ya­da sa­la­raq: "Qol saa­tı­nı ögey anan ba­ğış­la­yıb?" de­yə sancması, Di­la­rə xa­nı­mın tə­ləb etdiyi gündəliyin giz­lə­dil­mə­si, nə­və­si­nə qah­mar çı­xan Qə­mər nə­nə­nin: "Ye­tim ba­lam" xitabı ilə ya­ta­ğı yı­ğış­dır­ma­sı, nümunə gös­tə­ri­lən Cəmilənin ba­şı­na ağacdan al­ma­la­rın "yağ­ma­sı" st­ruk­tu­ru nizamlayır.

Gün­də­lik­də­ki iki­lər­dən xəbərdar olan Di­la­rə xa­nı­mın İsmayılın tikintiyə aparıb-aparmamasından ası­lı olmayaraq bu mə­sə­lə­nin Ari­fə bil­di­ril­mə­si­ni tək­lif et­mə­si gö­zö­nü ha­di­sə­də ək­si­ni tapır. Gündəliyi əri­nə ver­mək­lə satqın ki­mi qəbul edi­lən Di­la­rə xa­nı­ma Qə­mər nə­nə­nin qəzəbi münaqişənin tə­rəf­lə­ri­ni üz-üzə qoy­sa da, qızı­nın ölü­mü­nə ya­nan ana­ya Ari­fin bə­raət qa­zan­dır­ma­sı, İsmayılın rəğ­bə­ti­nin qaza­nı­la­ca­ğı­na ümid edil­mə­si möv­zu həl­li­nə yö­nə­lir. Xorun sə­da­la­rı al­tın­da tikintiyə yol­la­nan­la­rın fonunda heybəsini hazırlayan İsmayılın çə­pə­rə dır­ma­şa­raq ata­sı­nın dalınca hö­nkür­tü ilə ağ­la­ma­sı, Fat­ma­ni­sə qa­rı­nın: "Ögey ana" xitabından son­ra ana­sı­nın portreti qar­şı­sın­da diz çö­kə­rək qo­lun­dan çıxartdığı saa­tı Di­la­rə­nin üs­tü­nə at­ma­sı əş­ya­nı ye­ni kontekstdə can­lan­dı­rır. Xor­la oxuyaraq təcrübə sahəsində ça­lı­şan məktəblilərin ara­sın­da fəaliyyətsiz qa­lan İsmayıla Di­la­rə xa­nı­mın xa­hi­şi ilə ha­sa­rı rəngləmək üçün rəng və fır­ça­nın ve­ril­mə­si isə ide­ya­ya doğ­ru yo­lu səciyyələndirir.

Mah­nı­nın mət­nin­də İsmayılın tikintiyə getmədiyinə sa­ta­şan Sə­məd­lə əlbəyaxa olma­sı­na mü­da­xi­lə edən Di­la­rə­nin dağ­la­ra üz tu­ta­raq daş uç­qun­la­rın­dan, as­ma körpü­dən ke­çən İs­ma­yı­lı səs­lə­mə­si göz­lə­ni­lən əsas ha­di­sə­lə­rin mə­ka­nı­nı ha­zır­la­yır. Yaylağa qal­xıb dər­di­ni, evə qayıtmamaq qə­ra­rı­nı çoban Ayaza da­nı­şan, ağsaqqalın oxumaq haqqında tövsiyyəsini din­lə­yən İsmayılın ço­ma­ğı gö­tü­rüb sü­rü­nü otar­ma­sı onun da­xi­li tə­bəd­dü­lat­la­rı­nın sən­gi­di­yi­ni gös­tə­rir. Ti­kin­ti­də ça­lı­şan­la­rın na­har fasilə­sin­də üzü­nü tə­raş edən iş­çi­nin xa­nən­də Əbülfət Əliyevin səsilə: "O, körpə­min ana­sı­dır" mah­nı­sı­nı oxuması ilə ye­ni­dən st­ruk­tur­da gö­rü­nən Ari­fə ağsaqqal Hüseyn ki­şi­nin evə dəyməsini, uşa­ğın qay­ğısına qal­ma­sı­nı məslə­hət gör­mə­si problemi də qaytarır.

Qulaqlarında Ari­fin: "Mə­nim ən böyük arzum budur ki, İsmayıl sə­ni sevsin, sə­ni "Ana" deyə səs­lə­sin, sən də, ona mehriban bir ana ola­san" cüm­lə­si səs­lə­nən Dilarənin Şöv­kət xa­nım Ələkbərovanın səsilə lay-lay oxuması musiqi motivini uzat­ma­sı nə­zər­dən qaç­mır. Di­la­rənin dər­man verdiyi qa­dı­na "müalicə" üçün sarımsa­ğı eş­şək sü­dün­də qaynadıb qır­mı­zı istiotun əlavə edil­mə­si­ni məslə­hət gö­rən Fat­ma­ni­sə qa­rı cahilliyin tim­sal­ına çevrilməklə mən­fi per­so­naj if­şa edi­lir. İsmayılı fər­siz­lik­də gü­nah­lan­dı­ran Cə­mi­lə­nin ya­ra­sa ilə cə­za­lan­dı­rıl­ma­sı personajlararası ziddiyyətin vizual həl­li­ni ver­mək­lə Di­la­rə­nin mövqeyini önə çə­kir. Əlin­dən sapandı alı­nıb sın­dı­rı­lan İsmayılın dəf­tə­rə yaz­dı­ğı "Ögey ana" kəl­mə­lə­ri mövzunu əha­tə­lən­di­rən fil­min adı­nı qabardır. Bu ya­zı­nı oxumaqla qəm dəryasına qərq olan Di­la­rə­ni pəncərə önün­də­ki budaqların ara­sın­dan seyr edən İs­ma­yıl ta­ma­şa­çı mövqeyinin for­ma­laş­ma­sı­na im­kan ve­rir. Ti­kin­ti­dən gə­lən ata­nın hə­mən bax­maq istədiyi gündəliyi giz­lə­dən Di­la­rə­yə rəğ­bə­ti ya­ra­nan İsmayılın bir əl hə­rə­kə­ti­lə qlobusu fır­lat­ma­sı vizuallığı ger­çək­ləş­di­rir. Ya­ğış­lı havada, ge­cə gə­lən Qurbanəli ki­şi­nin ya­ra­la­nan Ayazın üs­tü­nə Di­la­rə hə­ki­mi apar­maq is­tə­mə­si ye­ni ha­di­sə­yə keçid edir. Dostu Ayazdan nigaran qa­lan İsmayılın "Ayaz ölür?" sualı ilə pə­nah gözlə­mə­si, Di­la­rə xa­nı­mın ona ümid ve­rə­rək Qə­mər nənəyə uşaqlardan muğayat ol­ma­ğı tapşırması ziddiyyətin tə­rəf­lə­ri­ni təm­sil edən personajları fabula da­xi­lin­də ya­xın­laş­dı­rır. Tufanlı havada Qurbanəlinin köməyilə as­ma körpünü çə­tin­lik­lə keçən Di­la­rə xa­nı­mın Ayazın im­da­dı­na çat­ma­sı, özü­nü yaylağa çat­dı­ran İsmayılın sa­ğa­lan xəs­tə­dən: "Anan mə­ni ölüm­dən qurtardı" kəl­mə­lə­ri­ni eşit­mə­si möv­zu həllinə istiqamətlənir. Aşı­ğın oxuduğu "Cə­li­li" havasını dinləyənlərin fonunda İsmayılın ağız­la­rı­nı ana­la­rı­nın əmcəyinə çat­dı­ran quzulara bax­ma­sı, as­ma körpünün ət­ra­fı­nı mü­şa­hi­də et­mək­lə tapdığı it­miş çək­mə tayını evə gə­tir­mə­si ideyanı real­laş­­dı­ran mərhələyə çevrilir.

Güzgüdəki ək­sin­də razılıqla gülümsəyən Di­la­rə­nin bağ­dan çi­çək yı­ğa-yı­ğa "Mən­lə da­nış, gül oğ­lum" mətnli mah­nı oxuması, hədiyyə saa­tı qoluna bağ­la­maq istəyən İsmayılın vax­ti­lə "Ögey ana" yaz­dı­ğı vərəqi cı­rıb at­ma­sı ha­di­sə­lə­ri dra­ma­tur­ji düyü­nün açı­lı­şı­na yö­nəl­dir. Me­şə­də­ki qaya par­ça­sı üzə­rin­də dərslərini hazırlayan İsmayılın hə­lə ki, ona bir də­fə də, "Ana" demədiyindən gileylənən Dilarəyə bozaran Qə­mər nə­nə­nin "İsmayıl öz doğ­ma ana­sı­nı yad­dan çı­xa­rıb sə­nə ana deməyəcək" xə­bər­dar­lı­ğın­dan son­ra ka­man­ça­nın hə­zin na­lə­si al­tın­da uşa­ğın öl­müş ana­sı­nın portretini divardan çı­xa­rıb uzun-uza­dı nə­zər­dən ke­çir­mək­lə tə­rəd­dü­dü­nü gös­tər­mə­si dramaturji düyünün açı­lı­şı­nı ma­neə­lə­ri dəf et­mək­lə hə­ya­ta ke­çi­rə­rək hadisəliliyi ar­tı­rır. Dərslərini ha­zır­la­ma­sı ba­rə­də Di­la­rə xa­nı­mın məktubunu ata­sı­na çat­dı­ra­raq ağır texnikaya ba­xıb həvəslənməklə yol­çə­kən olacağını bil­di­rən İsmayılın partlayıcılar üçün də­lik­lər açı­lan qayanın üs­tün­də­ki pardaqlanmış çi­çək kolunun itburnu ol­du­ğu­nu öy­rən­mə­si bu bit­ki­nin dra­ma­tur­ji st­ruk­tu­ra qo­şul­ma­sı­nı ni­zam­la­yır. "Kən­di­miz" mah­nı­sı­nın me­şə­də gə­zən İsmayılın di­lin­dən səs­lən­mə­si epizodu nikbin not­lar­la tamamlayır.

Ti­kin­ti­dən al­dı­ğı təəs­sü­ra­tı uşaqlarla bö­lü­şən İsmayılı "Niyə doğ­ma ata­nın ya­nın­da qal­ma­dın, ögey anan ya­dı­na düş­dü?" söz­lə­ri ilə sancan Sə­məd­lə növbəti qalmaqaldan son­ra İs­ma­yı­lın çayı ke­çir­mək üçün qol­la­rı üs­tü­nə götürdüyü Cəmilənin suya dü­şə­rək soyuqlayıb xəs­tə­lən­mə­si "bacı-qar­daş" ziddiyyətinə sı­ğal çək­mək­lə fi­na­la zə­min ha­zır­la­yır. Cə­mi­lə­nin sa­ğal­ma­sı na­mi­nə həyatını təhlükəyə ata­raq qaya üzə­rin­də­ki itburnu çi­çək­lə­ri­ni dər­mə­yi ba­car­dıq­dan son­ra partlayışdan huşunu iti­rən İs­ma­yı­lı Di­la­rə xa­nı­mın ye­ni­dən hə­ya­ta qay­tar­ma­sı ana­lı­ğın tə­za­hü­rü­nə çev­ri­lir. Və özü­nə gə­lən İsmayılın göz­lə­ri­ni aça­raq ona nəvaziş gös­tə­rən Dilarə xa­nı­ma "Ana. Anacan!" deyərək boynuna sa­rıl­ma­sı ideyanın tən­tə­nə­si­nə çevrilir. Be­lə­lik­lə xüsusən Ceyhun Mizəyevin istedadı hesabına ta­ri­xən ey­ni istiqamət­də iş­lən­miş ögey ana per­so­na­jı ye­ni bə­dii həl­li­ni ta­pır. İsmayıl haqqında kino tənqidçisi NatalyaTolçenovanın "İskusstvo kino" jurnalının 1959-cu il 10-cu sayındakı "Ekranın özündə və yanında" məqaləsindəki: "Demək lazımdır ki, beşinci sinif şagirdi Ceyhun Mizəyev bu rolda sadəcə təkrarolunmazdır. Qalan aktyorları sentimental melodrama tez-tez karıxdırır" fikri peşəkarın səlis müşahidəsidir.

Fil­min mü­za­ki­rə­si za­ma­nı ağ­laş­ma­nı ucuz me­lod­ra­ma­tizm sa­ya­raq uşaq­la­ra pis təsir gös­tə­rə­cə­yi­ni ön­cə gö­rən dra­ma­turq Sa­bit Rəh­ma­nın gə­lə­cə­yin aktyoru saydığı "İs­ma­yıl"ı stu­di­ya­nın ta­pın­tı­sı he­sab edə­rək: "Onun üçün məx­su­si ssenarilər yaz­maq gə­rək­dir" fik­ri­ni səs­lən­di­rir. Bu zəif sse­na­ri­nin is­teh­sa­la­ta buraxıl­ma­sı­nın səhv ol­du­ğu­na əv­vəl­dən diq­qət çə­kil­di­yi­ni ya­da sa­lan, Di­la­rə xanımın itir­di­yi, İs­ma­yı­lın tap­dı­ğı çək­mə­lə­ri ar­tıq, ha­sa­rın rənglənməsini, uşaq­la­rın da­laş­ma­sı­nı qey­ri dra­ma­tur­ji he­sab edən Hü­seyn Se­yid­za­də­: "Oğ­lan ta­pın­tı­dır. O, hiss edə­rək oy­na­yır" de­mək­lə Cey­hun Mir­zə­yev üçün məx­su­si sse­na­ri­lər ya­zıl­ma­sı fik­ri­ni dəs­tək­lə­yir. Filmdə mu­si­qi­nin hə­mi­şə ye­rin­də ol­ma­dı­ğı­nı bil­di­rən Əd­həm Qu­lu­bə­yov isə İs­ma­yı­lın bə­zən mən­fi tə­sir ba­ğış­la­ma­sın­da re­jis­so­ru gü­nah­lan­dı­rır. Filmdəki göz yaş­la­rı­nı sax­la­ma­ğın tə­rəf­da­rı olan Mux­tar Da­da­şov: "Mah­nı­lar isə hə­ddən ar­tıq çox­dur. On­la­ra gə­rək yox­dur, bu ope­ret­ta de­yil axı!" cüm­lə­lə­ri­ni səslən­di­rir. Son­da söz ve­ri­lən Hə­bib İs­ma­yı­lo­vun: "De­yi­lən­lər­dən be­lə çı­xır ki, film alın­ma­yıb­dır, ha­mı­sı­nı at­maq gə­rək­dir. Biz yol­daş­la­rın de­dik­lə­ri ba­rə­də dü­şü­nə­rik, ay­rı-ay­rı məslə­hət­lə­rin xey­ri­nə əmin ol­saq şüb­hə­siz ki, nə­zə­rə ala­rıq" (АРДЯИА. фонд 330, ситйащы 5. сахлама ващиди 273) cüm­lə­lə­rin­dən son­ra tək­cə qəb­ris­tan­lıq səh­nə­si­ni atan re­jis­so­r dö­zü­münü nümayiş etdirir.

Film haqqında yazılan pozotiv, neqativ resenziyalar arasında Nelli Hacınskayanın: "Çox zaman mahnının, musiqinin bolluğundan dramaturji film də operettaya çevrilirdi. Beləliklə "Ögey ana" filmində sıralanan kolxozçular marş sədaları altında yol tikintisinə gedir; analıq oğulluğunun çarpayısı üzərində oxuyur; üstəlik rejissorun kolluqda gizlətdiyi uşaqların xoru da oxuya-oxuya meşədə gedən oğlana qoşulur; çiçək yığa-yığa oxuyan anadan sonra da uşaqlar yenidən oxumağa başlayırlar" (Гаджинская Н.Ш. Киноискусства страны огней. М., 1971. с.49) müşahidəsi həqiqəti analitik metodla üzə çıxarsa da, qüsurları ilə birgə hə­lə ki, qo­cal­ma­yan bir ek­ran əsə­ri­ni Hə­bib İs­ma­yı­lo­v ta­ma­şa­çı­la­ra bəxş et­di.

***

Qa­ra­bağ möv­zu­sun­da 1993-cü il­də ər­sə­yə gə­lən "Fər­yad" (sse­na­ri müəl­li­fi V.Mustafayev. 1993) fil­mi­nin re­jis­so­ru və baş ro­lun ifa­çı­sı ki­no ta­ri­xi­mi­zin incilərin­dən olan "Ögey ana" fil­min­dən İs­ma­yıl ki­mi məş­hur­la­şan Cey­hun Mirzəyev­dir. St­ruk­tu­run­da sə­nəd­li ha­di­sə­lə­rin və faktların bər­pa­sın­dan ge­niş istifadə olu­nan fil­min ilk epi­zod­lar­dan er­mə­ni mil­lət­çi­lə­ri­nin tö­rət­dik­lə­ri vəh­şi­lik­lər ha­di­sə­lə­rə tə­kan ve­rir. Be­lə ki, haq­qı ben­zin­lə ödə­nil­mək­lə iş­ğal zo­na­sın­da az­yaş­lı qı­zı zor­la­ya­raq öl­dür­müş er­mə­ni­nin adı­nı öy­rə­nə­rək, qa­ça-qa­ça düş­mən sən­gə­ri­nin üzə­rin­dən keç­mək­lə gü­nah­ka­rı qət­lə ye­ti­rən İs­ma­yı­lın əsir düş­mə­si möv­zu istiqamə­ti­ni qa­bar­dır. Er­mə­ni­lər tə­rə­fin­dən da­vam­lı ola­raq vəh­şi­cə­si­nə dö­yü­lən, ayaqqabı­la­rı be­lə ya­ra­lı ayaq­la­rın­dan çı­xa­rı­lıb mə­nim­sə­ni­lən İs­ma­yı­lın sər­həd­siz həkimlər bir­li­yi­nin xa­ric­dən gəl­miş üz­vü­nün mü­da­xi­lə­si ilə ölüm­dən qur­tar­ma­sı, də­yiş­di­ril­mək üçün Xo­ren ad­lı er­mə­ni əsi­ri­nin ai­lə­sin­də, zir­zə­mi­də sax­la­nıl­ma­sı əsas mə­ka­nı təq­dim edir. Ha­di­sə­lə­ri ida­rə edən er­mə­ni ko­man­di­ri Ar­men Xaçaturyantsın (Mə­lik Da­da­şov) daim gə­lib-get­di­yi, top mər­mi­lə­rin­dən ət­raf­da­kı ti­ki­li­lər da­ğıl­sa da, yal­nız bu evin sa­la­mat qal­ma­sı­nın vur­ğu­lan­ma­sı, san­ki qərargaha çev­ri­lən bu mə­ka­nı diq­qət mər­kə­zin­də sax­la­yır. Ya­ra­lı İs­ma­yı­lın ekskursiyaya gə­lən mək­təb­li­lə­rə düş­mən ki­mi təq­dim olun­ma­sı, Xo­ca­lı­nın, Şuşanın, La­çı­nın iş­ğa­lı­nın bay­ram edil­mə­si iş­ğal­çı er­mə­ni mil­lət­çi­li­yi­nin mən­fur niy­yə­ti­nin açıl­ma­sı­na yö­nəl­sə də, Xo­re­nin ar­va­dı­nın da­nış­dı­ğı yu­xu­la­rın­da günbəgün əri­nin ba­şı­nı və nə­ha­yət "ən va­cib bə­dən üz­vü­nü" itir­mə­si ba­rə­də söhbət­lə­rin sa­də­cə gü­lüş do­ğur­ma­ğa yö­nəl­mə­si əsas­sız gö­rü­nür. Er­mə­ni Var­dan Ma­mi­kon­ya­nın türk at­lı­la­rı ilə dö­yüş­lər­dən qa­lib çıx­ma­sı ilə bağ­lı möv­zu fantaziya, Xa­ça­tur Abov­ya­nın, Sil­va Ka­pu­tik­ya­nın əsər­lə­rin­dən sə­hi­fə­lə­rin təq­di­ma­tı zid­diy­yə­tin bir tə­rə­fi­ni can­lan­dır­sa da, atı­lan mər­mi­lər­dən qa­ça­raq ha­mı­nın zir­zə­mi­də giz­lən­di­yi bir mə­qam­da ölüm­lə əl­lə­şən ya­ra­lı İs­ma­yı­lın onun üzə­ri­nə əyi­lən Ar­men Xaçaturyantsın ci­bin­dən gö­tü­rə bil­di­yi kib­rit­lə evə od vur­ma­sı və kör­pə er­mə­ni uşa­ğı­nı məhv ol­maq­dan xi­las et­mək na­mi­nə hə­ya­tı­nı təh­lü­kə­yə at­ma­sı epi­zo­du az­lıq edir.

İs­ma­yı­lın epi­zod­lar­da gö­rü­nən, fil­min ope­ra­to­ru Kə­nan Məm­mə­do­vun oy­na­dı­ğı coğ­ra­fi­ya elmləri dok­to­ru Sum­bat Sum­bat­ya­nın tər­tib et­di­yi xə­ri­tə­ni gös­tə­rə­rək: "Bü­tün dün­ya bi­lir ki, Qa­ra­bağ bö­yük Er­mə­nis­ta­nın bir par­ça­sı­dır!"- de­yən Ar­men Xaçaturyantsın üzü­nə tü­pür­mə­sin­dən son­ra iş­gən­cə­lə­rə mə­ruz qal­ma­sı fil­min əvvəlin­də­ki qətl ha­di­sə­sin­dən son­ra ikin­ci da­xi­li mü­qa­vi­mə­tin tə­za­hü­rü­nə çev­ri­lir. Bi­zim uzaq­vu­ran top­la­rın dar­ma­da­ğın et­di­yi evin qa­lıq­la­rı ara­sın­dan Ar­men Xaçaturyants baş­da ol­maq­la çı­xan erməni hərbiçilərin təs­vi­ri üzə­rin­də İn­cil­dən di­ni ayi­nin titrlərdə ya­zıl­ma­sı isə müəm­ma­lı gö­rü­nür. Fil­min so­nun­da İs­ma­yı­lın marş sə­da­la­rı al­tın­da Xo­ren də, da­xil ol­maq­la on nə­fər əsir­lə də­yiş­di­ril­mə­si qo­yu­lan prob­le­min həl­li­nə, tor­paq­la­rı­mı­zın azad­lı­ğı ide­ya­sı­na yö­nəl­mə­di­yin­dən film yarımçıq­lıq tə­si­ri ba­ğış­la­yır. Əsir düş­müş İs­ma­yı­lın iki möv­zu-xa­ti­rə­sin­də "Ögey ana" fil­min­dən kadrlardan is­ti­fa­də olu­nur; dö­yü­lər­kən ana­sı­nın fo­to­şəki­li qar­şı­sın­da hıçqı­ran, cəb­hə­yə yol­lan­dı­ğı­nı xa­tır­la­yar­kən ata­sı­nın ar­xa­sın­ca ağ­la­yan ba­la­ca oğla­nın təq­di­ma­tı qəh­rə­ma­nın son­ra­kı hə­ya­tı­nın ya­şan­dı­ğı­nı bəl­li edi­lir. Əl­bət­tə ki, bu cəhd dra­ma­tur­ji prin­sip­lə ye­ri­nə ye­ti­ril­mə­di­yin­dən tə­sa­dü­fi gö­rün­mək­lə cid­di əhə­miy­yət da­şı­ma­sa da, per­so­na­jın de­yil, aktyorun hə­ya­tı­nın bər­pa­sı ba­xı­mın­dan ma­raq­lı gö­rü­nür. Fil­min dr­ma­tur­ji mo­de­li də­qiq ol­ma­sa da, İs­ma­yı­lın döyülməsində if­rat­çı­lı­ğa, na­tu­ra­liz­mə yer ve­ril­sə də, aktyorlarla iş və mü­hi­tin təqdi­ma­tı yetərin­cə pe­şə­kar sə­viy­yə­də hə­ya­ta ke­çi­ri­lir. Xü­su­sən xalq ar­tis­ti Mə­lik Da­da­şo­vun ya­rat­dı­ğı Ar­men Xaçaturyants per­so­na­jı­nın bit­kin­li­yi diq­qə­ti cəlb edir.

29 noyabr 2008-cu il tarixli "Mədəniyyət" qəzetində kinoşünas İntiqam Hacılının "Qarabağ savaşı filmlərdə" məqaləsindəki: " "Fəryad" filminin süjeti bir qədər Sergey Bondarçukun "İnsanın taleyi" filminə bənzəyir. Burda müharibə fondur, əsas mövzu əsir düşmüş İsmayılın mənəvi cəhətdən məhv olmamaq, ucuzlaşmamaq üçün öz-özü ilə apardığı mübarizədir" fikirləri tutarlı səslənir.

16 oktyabr 2009-cu il tarixli "Mədəniyyət" qəzetində jurnalist Gülcahan Məmmədlinin: "Məlumlar, naməlumlar, bir də…" məqaləsində bu film barədəki: "…düşmən çox zəifdir, axmaqdır, biz hamıdan güclüyük, qüdrətliyik, vətənpərvərik, amma qələbəyə hələ çox var" qənaətləri dəqiq müşahidədir. Və əlbət­tə ki, hə­yat­da və bu son fil­min­də daim Qa­ra­bağ dər­di­ni ya­şa­yan və­tən­daş möv­qe­li Cey­hun Mir­zə­ye­vin son "Fər­yad"ı ya­şa­maq hü­qu­qu qa­za­nır. Ki­no­mu­zun par­laq si­ma­sı olan Cey­hun Mir­zə­ye­vin fil­mi ta­mam­la­maq ərə­fə­sin­də dün­ya­sı­nı dəyiş­mə­si, ağ­rı­lı ol­sa da, sse­na­ri müəl­li­fi V.Mus­ta­fa­ye­vin mon­taj-səs­lən­dir­mə prose­si­ni hə­ya­ta ke­çir­mə­si mə­nə­vi mə­su­liy­yə­tin tə­za­hü­rü­nə çev­ril­di.

Tarix
2014.04.09 / 18:08
Müəllif
Aydın Dadaşov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla